Vaxt.Az

Vətəndaşlara xəbərdarlıq!


 

Süd məhsulları ilə bağlı tələblərin pozulması aşkar olunduqda ciddi tədbirlər görüləcək

Vətəndaşlara xəbərdarlıq! Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi süd və süd məhsulları istehsalı ilə bağlı təsərrüfat subyektləri və istehlakçılara müraciət edib. Bu barədə Lent.az-a Komitədən məlumat verilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən süd və süd məhsullarının keyfiyyət və təhlükəsizliyinə tələbləri müəyyən edən bir neçə dövlət standartı hazırlanaraq təsdiq edilib.


Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bundan sonra da mütəmadi olaraq aparılan monitorinqlər zamanı yuxarıda qeyd olunan tələblərin pozulması faktları aşkar olunduqda qanunvericiliklə müəyyən edilmiş ciddi tədbirlər görüləcək.

İstehlakçılardan istehlak bazarında məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı hər hansı şübhələr yaranarsa, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə (012 449 99 59) məlumat vermələri xahiş olunur.

 





24.06.2014    çap et  çap et