Vaxt.Az

Raysdan Putin haqda ağır sözlər


 

«Onun başında imperialist düşüncələr hakimdir»

Raysdan Putin haqda ağır sözlər ABŞ- keçmiş dövlət katibi Kondaliza Rays ABŞ-ın Stenford Universitetinin tələbələri önündə çıxış edib. O, keçmiş SSRİ ölkələrindəki son vəziyyətə toxunaraq Ukrayna-Rusiya münaqişəsindən bəhs edib.


Rays SSRİ-nin dağılmasını Putin üçün 20-ci əsrin ən böyük fəlakəti adlandırıb. Keçmiş dövlət katibi deyib ki, «KQB» zabiti olan Putinə SSRİ-nin dağılması çox pis təsir edib: «Qurum dağılanda 25 milyon rusiyalı müstəqil dövlətlərin tərkibində yaşamalı oldu. Onlar əvvəl sovet ölkələrində Rusiyanın himayəsi altında yaşayırdılar. İndi isə həmin insanlar Rusiyanın rəhbərliyi altında yaşamırlar».

Rays Putinin vaxtı ilə on dediyi çox maraqlı bir fikri tələbələrin nəzərinə çatdırıb: «Putin Rusiyanın Pyotrun, Aleksandrın dövründə çox güclü imperiya olduğunu bilirdi. O, tez-tez imperiya haqda danışır, bunu Rusiyanın gücü kimi qələmə verirdi. İndi baş verən hadisələrdən sonra görünür ki, bu adamın başında imperialist düşüncələr hakimdir və o, qonşularını qorxu altında saxlamaqla Rusiyaya tabe etmək istəyir».(avropa.info)

 





24.06.2014    çap et  çap et