Vaxt.Az

İnstitut rəhbəri işdən qovuldu


 

AETHİ-nun direktoru barədə cinayət işi başlanıb

İnstitut rəhbəri işdən qovuldu Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun (AETHİ) direktoru Məmməd Balakişiyev vəzifəsindən azad edilib.


ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə 2004-cü ildən elmi tədqiqat institutuna rəhbərlik edən Məmməd Balakişiyev institutun direktoru vəzifəsindən azad edilib. Onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavini Fizuli Mirzəyevə həvalə edilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı institutun vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərini aşdığı və külli miqdarda dövlət vəsaitinin mənimsədiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 





24.06.2014    çap et  çap et