Vaxt.Az

Poroşenkonun gizli «B» planı


 

«Ancaq inanıram ki, sülh ssenarisi olan «A» planı işləyəcək»

Poroşenkonun gizli «B» planı «Əgər sülh ssenarisi olan «A» planı işləməyəcəksə, onda ehtiyat variant kimi «B» planımız da var». Bunu Ukrayna prezidenti Petro Poroşenko deyib.


ANS PRESS-in məlumatına görə, Petro Poroşenko ötən cümə günü təqdim etdiyi qərara əsasən bir həftəlik atəşkəs elan edib.

«Sülh ssenarisi bizim «A» planıdır. Bu plandan kim yalnız sülh danışıqlarından istifadə etməyi hesablayırsa və yaxud vaxtı uzatmaq, gücləri yenidən birləşdirmək üçün çalışırsa, onda bilməlidir ki, bizdə «B» planı da var. Mən indi bu plan haqqında ətraflı danışmayacağam, çünki inanıram ki, bizim sülh planımız işləyəcək», - deyə Ukrayna prezidenti bildirib.

 





24.06.2014    çap et  çap et