Vaxt.Az

«Qərbin diqqəti artacaq»


 

Fərhad Mehdiyev: «AŞ PA-nın iclasından sonra Azərbaycana təzyiqlər güclənəcək»

«Qərbin diqqəti artacaq» Azərbaycan Prezidenti İlham Əliyev dünən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının plenar iclasında çıxış edib. İclasda iştirak edən xarici jurnalistlər və deputatlar prezidentə sərt suallar ünvanlayıblar.


Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən politoloq Fərhad Mehdiyev bildirib ki, dünənki iclasdan sonra Qərb tərəfindən fərqli siyasi gedişlərin şahidi ola bilərik:

«Düşünürəm ki, bu 6 aylıq müddət ərzində - Azərbaycanın AŞ Nazirlər Kabinetinə sədrlik etdiyi zamanda ölkəmizə qarşı Qərbin diqqəti çoxalacaq. Eyni zamanda, Azərbaycana qarşı təzyiqlər də çoxalacaq. Bildiyiniz kimi,  AŞ-ın əsas dəyərləri demokratiya, hüquqi dövlət və insan hüquqlarıdır. Quruma sədrlik edən dövlətdə isə  bu göstəricilərin daha yüksək səviyyədə olması mütləqdir. Lakin Azərbaycanın obyektiv olaraq bu göstəricilərə tam çatması üçün müəyyən zaman lazımdır».

Qeyd edək ki, ölkə başçısı öz çıxışında qeyd edib ki, 2005-ci ildə AŞ PA Dağlıq Qarabağla bağlı 1416 saylı qətnamə qəbul edilsə də, nəticəsiz qalıb:

«Bu sənəddə işğala son qoyulmasına dair müddəalar aydın şəkildə qeyd olunub. Bundan sonra məsələ ilə əlaqədar xüsusi alt komitə yaradıldı. Lakin Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv fəaliyyəti və işi boykot etməsi nəticəsində komitənin fəaliyyəti dayandırıldı».

 





25.06.2014    çap et  çap et