Yeni plan nədir?
Hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, yeni plan dedikdə, burada Minsk Qrupunun natamam tərkibdə münaqişənin həllinə cəlb edilməsindən söhbət gedir. Yəni Rusiya və Fransa tərəfləri kompromisə getməyə çağıracaqlar. Prosesdə Rusiya başda olsa da, Fransa da münaqişənin həlli istiqamətində öz yardımını göstərəcək. Bu məqsədlə prezidentlərin görüş yeri kimi Paris seçilib. Yeni planda Rusiya daha çox Ermənistanı kompromisə getməyə dəvət edəcək. Münaqişənin həllində isə ilk addım kimi Dağlıq Qarabağın hüdudlarından kənarda olan yeddi rayonun azad edilməsi gündəmə gətiriləcək. Ancaq Dağlıq Qarabağın status məsələsi isə sonrakı danışıqlar prosesinə saxlanılır. Hələ ki, məsələnin qoyuluşu belədir ki, Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilsin. Lakin bu dəqiqə müzakirələr əsasən işğal altında olan 7 rayon üzərində qurulub. Güman edirəm ki, Azərbaycan ilkin mərhələdə bu varianta razı olacaq. Qarabağın status məsələsi isə tez də həll edilə bilər, uzadıla da bilər. Bu Ermənistanın hansı kompromislərə gedəcəyindən asılıdır. Yeni plan dedikdə Minsk Qrupunun tam heyətlə deyil, Rusiyanın aparıcı rolu və Fransanın dəstəyi ilə münaqişənin həlli üzrə danışıqlardan söhbət gedir».
Qeyd edək ki, bu gün prezident İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının rəsmiləri ilə görüşləri keçirilib.