Məhkəmə prosesində məlum olub ki, bu, Məmmədovun ilk oğurluğu deyil. Sən demə, o, bir müddət əvvəl də həmin marketdən oğurluq edibmiş. Həmin vaxt məhkəmə onu həbs etməyib, tərəflər arasında barışıq olub.
Bundan başqa məlum olub ki, Ayxan bir neçə il əvvəl avtomobil qəzası törədib və buna görə də bir il şərti cəza alıb.
Bütün bunlar Məmmədovun işini ağırlaşdırıb və hakim Tale Kərimov onun himayəsində 1 yaşlı övladının olmasını da yüngülləşdirici hal kimi nəzərə almayıb.
Qeyd edək ki, bu gün Binəqədi rayon məhkəməsi S.Babayevanın oğlu barəsində 3 il 6 ay müddətində həbs qərarı çıxarıb. A.Məmmədovu məhkəmədən birbaşa 1 saylı İstintaq Təcridxanasına aparıblar.