Vaxt.Az

Baş nazir ABŞ-a «YOX!» dedi


 

Maliki Kerrinin milli birlik təklifini rədd edib

Baş nazir ABŞ-a «YOX!» dedi İraqın baş naziri Nuri Maliki ABŞ-ın milli birlik yaratmaq təklifini rədd edib. Bu barədə hafta.az bbc.com-a istinadən xəbər verir.


Maliki bildirib ki, belə çağırışlar demokratik təcrübənin sonu, konstitusiyaya qarşı zərbədir.

Bundan əvvəl paytaxt Bağdadda İraqın baş naziri Nuri əl-Maliki ilə görüş keçirən Kerri liderləri İŞİD («İraq Şam İslam Dövləti») təhlükəsinə qarşı mübarizədə yeni birlik hökuməti yaratmağa çağırıb.

Kerri bildirib ki, yeni yaranacaq birlik hökumətində  İraqda bütün dini və etnik qruplar təmsil olunmalıdırlar.

ABŞ dövlət katibi həmçinin kürd hökumətinin baş naziri Nerçivan Barzani və bir sıra kürd partiya rəsmiləri ilə görüş təyin edib.

C.Kerri Brüsseldə İraq hadisələrini müzakirə edəcək NATO liderlərinin görüşündə iştirak edəcək.

Qeyd edək ki, İraq ordusuna yardım etmək üçün səfərbər olunan ABŞ hərbi məsləhətçilərinin bir qrupu artıq İraqdadır.

Xəyalə MAHMUDOVA 

 





25.06.2014    çap et  çap et