 Strasburqda, Avropa Şurası Parlament Assambleyasının yerləşdiyi Avropa Sarayında Azərbaycan sərgisi açılıb. Sərgi iki əsas hissədən ibarətdir. Onlardan biri Azərbaycan mədəniyyətinin elementlərinin ekspozisiyası, digəri isə Nizami Gəncəvi və doğulduğu şəhər Gəncəyə aid sərgidir.
		
Sərginin açılışını Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 24-də AŞPA-ya səfəri zamanı edib.
Qeyd edək ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Strasburqda Azərbaycanla bağlı çoxsaylı mədəni tədbirlər keçirilir.
 çap et
  çap et