«Əlavə sanksiyalarımız və onlar tətbiq olunmağa hazırdırlar. Biz Avropa ilə danışıqları davam etdiririk. Hazır olduğumuz vaxt sanksiyaları tətbiq edəcəyik. Onlar çox tez bir zamanda həyata keçirilə bilər», - Mari Harf bildirib.
Onun sözlərinə görə, Vaşinqton Moskvanın Ukraynada silahlı qüvvələrdən istifadəyə icazənin ləğvi barədə qərarını müsbət addım hesab edir. Bununla belə, ABŞ Rusiyadan daha aktiv hərəkətlər gözləyir.