Vaxt.Az

NATO Gürcüstana rəsmi dəvət göndərmir


 

Məsələ hələlik təxirə salınır

NATO Gürcüstana rəsmi dəvət göndərmir NATO və Gürcüstan arasında əlaqələr yaxınlaşsa da hələlik alyans keçmiş sovet respublikasını quruma tamhüquqlu üzvü olması istiqamətində formal addım atmır. NATO-nun Baş katibi Anders Fogh Rasmussen Avro-Atlantik alyansın bunun əvəzinə Tbilisiyə əməkdaşlığa dair paketin təqdim edildiyini bildirib.


NATO liderləri 2008-ci ildə Rusiya ilə qısa müddətli müharibədən sonra Gürcüstanın alyansa üzvlüyü məsələsinə dəstək bildirmək haqda razılıq əldə etmişdi. Lakin Qərb ölkələri Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi və Ukraynanın şərqində fəaliyyətləri ilə əlaqədar Moskva ilə ciddi qarşıdurma şəraitindədir. NATO belə bir şəraitdə Gürcüstanın alyansın tam hüquqlu üzvlüyü məsələsinə baxılmasını hələlik təxirə salır.

Rusiya NATO-nun keçmiş sovet respublikalarında genişlənməsinə kəskin etiraz bildirib. NATO-nun bəzi üzvləri Gürcüstanın üzvlüyə qəbul edilməsi ilə Moskvanın təhrikedici addımlar ata bilməsi və 28 üzvü olan alyansı bu və ya digər şəkildə münaqişəyə cəlb oluna bilməsi ilə bağlı narahatlıqlarını bildirib.

 





26.06.2014    çap et  çap et