Vaxt.Az

Nazir Bərdəyə gedib


 

Kəmaləddin Heydərov cümə günü vətəndaşlarla görüşəcək

Nazir Bərdəyə gedib Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 27 iyun 2014-cü il tarixində saat 11:00-dan Bərdə şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.


Qəbulda yalnız Bərdə, Tərtər və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin binasında (ünvan: Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1) 26 iyun 2014-cü il tarixində saat 09:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

 





26.06.2014    çap et  çap et