Əgər ABŞ «The İnterview» adlı Hollivud komediya filminin göstərilməsini qadağan etməsə, Şimali Koreya ABŞ-a müharibə elan edəcək. Vaxt.az bildirir ki, bu fikir Şimali Koreya XİN-dən ABŞ-a ünvanlanan bəyanatda öz əksini tapıb.Məsələ burasındadır ki, həmin filmdə Şimali Koreya lideri Kim Çonquna sui-qəsd edilməsi epizodu ölkə rəhbərini və koreyalıları bərk qəzəbləndirib.
Bəyanatda deyilir: «Liderimizə qarşı amoral terror aktı ilə bağlı epizodun yayılması dayandırılmasa, biz bunu müharibəyə səbəb kimi dəyərləndirəcəyik».
XİN Mətbuat xidmətindən verilən məlumata görə, ölkə rəsmiləri məsələ ilə bağlı ABŞ-a qarşı sərt və qətiyyətli mövqe tutulacağını bildiriblər.
Filmin rejissoru Seth Roqen isə bu xəbəri sakit qarşılayaraq: «İnanıram ki, Şimali Koreya lideri həmin filmə baxacaq və yəqin ki, bəyənəcək» - deyib.
çap et