Vaxt.Az

«Özün şərait yaradırsan ki, səni zorlasınlar»


 

Polis rəisi qadına: «Niyə gecə vaxtı kişinin evinə gedirsən?»

«Özün şərait yaradırsan ki, səni zorlasınlar» Türkiyədə baş verən qəribə hadisə cəmiyyətdə birmənalı şəkildə qəbul edilməyib. Məlumata görə, 34 yaşlı qadın 40 yaşlı sevgilisi tərəfindən zorlanıb. Hadisə kişinin evində baş verib.


Belə ki, qadın sevgilisi əyləndikdən sonra onların evinə gedib. Axşama qədər sevgilisi ilə evdə gün keçirən qadın evdən çıxmaq istəyərkən sevgilisi buna imkan verməyib. O, qadını zorla yatağa ataraq zorlayıb. Daha sonra səhəri onunla keçirməyə məcbur edib.

Səhər qadın polisə gedərək şikayət edib. Polis rəisi isə qadının şikayətini dinlədikdən sonra onun üstünə qışqırıb. Polis rəisi zorlanmaqda qadının elə özünü günahlandırıb. Polis rəisi qadının üstünə qışqıraraq, nə səbəbə sevgilisinin evinə getdiyini soruşub.

«Niyə gecə vaxtı kişinin evinə gedirsən? Özün şərait yaradırsan ki, səni zorlasınlar, sonra gəlib bizim üstümüzə düşürsən. Kim bilir, bəlkə özün onunla yatmısan, indi deyirsən ki, səni zorlayıb», - deyə polis rəisi qadından hesabat tələb edib.

Polis rəisi sonradan əsəblərini cilovlayıb və məsələnin araşdıracağını bildirib. Qadın tibbi ekspertizadan keçib.

Hazırda fakt polis tərəfindən araşdırılır.

 





26.06.2014    çap et  çap et