Vaxt.Az

Aİ-də Finlandiya ab-havası sürür


 

Olli Reni sabiq baş nazir Kataynen əvəz edəcək

Aİ-də Finlandiya ab-havası sürür Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti bildirib ki, Finlandiyanın sabiq baş naziri Yurki Kataynen Aİ-nin iqtisadi məsələlər üzrə ən yüksək rəsmisi olacaq. Məlumatı «New Europe» yayıb.


İyunun 25-də Joze Manuel Barrozu vurğulayıb ki, Kataynen öz yerlisini - iqtisadiyyat və valyuta məsələləri üzrə komissar Olli Reni (Olli Rehn) əvəz edəcək. Olli Ren Avropa Parlamentində yer tutmaq üçün gələn həftə istefa verəcək.

Aİ-nin iqtisadi məsələlər üzrə komissarı üzv ölkələrin büdcə və iqtisadiyyat siyasətlərinin qurulmasında mühüm rol oynayır. İqtisadi məsələlər üzrə komissar həmçinin Yunanıstan kimi böhranla mübarizə aparan Avrozona ölkələri üçün «xilasetmə proqramlarının» icrasına nəzarət edir.

Xatırladaq ki, Kataynen aprel ayında Avropada vəzifə tutmaq üçün istefa verəcəyini bildirmişdi. Onun payızda Komissiyanın səlahiyyət müddəti bitdikdən sonra da yeni vəzifədə qalacağı tam aydın olmayıb.

 





27.06.2014    çap et  çap et