Vaxt.Az

Obamanın səlahiyyəti alındı


 

Ali Məhkəmə qərarı ilə ABŞ prezidenti yüksək vəzifələrə təyinat edə bilməz

Obamanın səlahiyyəti alındı ABŞ-ın Ali Məhkəməsi prezident Obamanın Konqresin resessiyası zamanı yüksək vəzifələrə təyinat səlahiyyətini qüvvədən salıb. Hökm Senatın məhkəməyə müraciət edən respublikaçı üzvlərinin xeyrinə verilib.


Məhkəmə 2012-ci ildə prezidentin Senatın təsdiqi olmadan Milli Əmək Əlaqələri Şurasına etdiyi təyinatları qanunsuz hesab edib.

Barak Obama konstitusiyaya əsasən Konqresin tətil müddətində müvəqqəti təyinat hüququndan istifadə edib. Lakin məhkəmə həmin vaxt Konqresin tətildə olmadığını bildirib.

Hakim Stefen Breyer deyib ki, 10 günlük tətil təyinat qərarı üçün olduqca qısa müddətdir.

Ağ Ev Ali Məhkəmənin qərarını dərin təəssüflə qarşılayıb.

Ali Məhkəmə bundan əlavə qadın məsləhətxanalarının 11 metrliyində etiraz aksiyalarından azad zona yaradılmasına dair Massaçussets qanununu ləğv edib.

Hökmü yekdilliklə qəbul edən hakimlər bunu söz azadlığının pozulması kimi qiymətləndirib.

 





27.06.2014    çap et  çap et