Vaxt.Az

AB Rusiyaya 3 gün vaxt verdi


 

Moskvaya ciddi xəbərdarlıq

AB Rusiyaya 3 gün vaxt verdi Avropa Birliyindən (AB) Rusiyaya ciddi xəbərdarlıq edilib. AB Ukrayna məsələsinə görə Rusiyaya 3 gün möhlət verib.


Belə ki, həmin üç gün müddətində Rusiya Ukraynadakı qoşunlarını geri çəkməli və bu istiqamətdə lazımi addımlar atmalıdır.

Əks təqdirdə AB Rusiyanı hədəfə alan sanksiyaların həyata keçirilməsinə start verəcək. Qeyd edək ki, Ukraynada Rusiya meylli separatçılar kütləvi əməliyyatlara başlayıb. Donetsk vilayəti yaxınlığında separatçılar Ukrayna ordusuna qarşı hücum təşkil ediblər. Hücum zamanı 300-ə yaxın Ukrayna əsgəri əsir düşüb. (anspress)

 





27.06.2014    çap et  çap et