Vaxt.Az

Sən saydığını say...


 

ABŞ iqtisadiyyatı üzüaşağı gedir

Sən saydığını say... ABŞ iqtisadiyyatında bu ilin əvvəli təxmin ediləndən daha çox enmə müşahidə edilib. Ticarət departamentinin açıqladığı hesabatda illik tempə uyğun olaraq iqtisadiyyatda yanvar, fevral və mart aylarında 2.9 faiz enmənin müşahidə edildiyi göstərilir.


Bu, əvvəl təxmin ediləndən daha pis göstərici və son beş ildə iqtisadiyyatda ən zəif artım kimi dəyərləndirilir.

İqtisadçılar enməni qış mövsümü qeyri-adi sərt hava şəraiti ilə əlaqələndirir. Ekspertlərin çoxu problemin müvəqqəti xarakter daşıdığını təxmin edir.

Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Ceyson Furman aprel və may aylarında göstəricilərin iqtisadiyyatın yoluna düşdüyünə və tezliklə iqtisadi artımın bərpa ediləcəyinə işarə etdiyini bildirib.

Ancaq çərşənbə günü açıqlanan daha bir araşdırmada bu tendensiyanın əksi  olaraq, uzun müddət üçün istifadə məqsədilə istehsal olunan sənaye mallarına tələbatın may ayında gözlənilmədən düşdüyü göstərilir.

 





27.06.2014    çap et  çap et