Son həftələrdə məcburi köçkünlərin sayı 16 400 nəfər artaraq 54 400-ə çatıb. BMT-nin adı çəkilən agentliyinin mətbuat katibi Melissa Fleminq bu gün keçirdiyi mətbuat konfransında qeyd edib.
Bu ilin əvvəlindən Ukraynadan Rusiyaya köçənlərin sayı isə 110 000-dir. Onlardan yalnız 9500-ü qaçqın statusu almaq üçün müraciət edib. 700-ə qədər ukraynalı isə Polşa, Belarus, Çex Respublikası və Rumıniyada məskunlaşıb.
Qeyd edək ki, bu gün Ukrayna Milli Təhlükəsizlik Şurası elan olunmuş atəşkəsi 12 saat uzatmaq qərarı verib.