Vaxt.Az

I Dünya müharibəsinin 100 illiyi


 

Aİ liderləri həlak olanların basdırıldlğı məzarlıqda ittifaqın növbəti 5 ilini müzakirə ediblər

I Dünya müharibəsinin 100 illiyi «Deutsche Welle» xəbər verir ki, Avropa İttifaqı (Aİ) liderləri I Dünya müharibəsinin 100-cü ildönümünü qeyd etmək məqsədilə Belçikaya toplaşıblar. Tədbirdən sonra liderlər Avropa Komissiyasına kimin rəhbərlik etməsinin müzakirəsi üçün bir yerə yığışacaqlar. Toplantıda dərin fikir ayrılığı gözlənilir.


Qeyd edək ki, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Britaniyanın baş naziri Devid Kemeron və başqa Aİ liderləri iyunun 26-da «Həlak olanların xatirəsinə Menin darvazası» («Menin gate to the Missing») önündə toplaşıblar. Abidə I Dünya müharibəsində İpr vuruşmasında həlak olmuş 50 mindən çox Antanta əsgərinin şərəfinə ucaldılıb. Belçikanın II Dünya müharibəsində nasist Almaniyasının işğalı altında olduğu illər istisna olmaqla, 1928-ci ildən bəri hər il onların şərəfinə həmin yerdə Britaniya şeypurları səsləndirilib.

«Bu tədbir bizə Aİ-nin mövcudluğundan və tarixdən aldığımız dərs sayəsində bu gün yaxşı zamanda yaşadığımızı göstərir», - Merkel iyunun 26-da bildirib.

Xatırladaq ki, 1914-1918-ci illlərdə Qərbi Flandriyada yarım milyon əsgər həlak olmuşdu. Aİ liderləri İttifaqın gələcəyinin və növbəti 5 il üçün prioritetlərinin müzakirəsindən əvvəl həlak olanların xatirəsini yad ediblər.

 

«Müvafiq əksəriyyət»

 

İyunun 27-də liderlər Avropa Komissiyasının növbəti prezidentinin kim olacağını müzakirə edəcəklər. Liderlər İttifaqın inkişafı, büdcənin möhkəmləndirilməsi, iş yerlərinin yaradılması və gənclərin işsizliyi ilə mübarizə sahəsində siyasi prioritetlərdə razılığa gəlməyə çalışacaqlar. Merkel Lüksemburqun sabiq baş naziri Jan-Klod Yunkerin Joze Manuel Barrozunu əvəz etməsini istəyir.

Hollandiya və İsveç də Yunkeri dəstəkləyən qrupa qoşulublar. «Jan-Klod Yunker hökumət və dövlət başçılarının «müvafiq əksəriyyət»inin səsini toplasa və Avropa Parlamentinin dəstəyini qazansa, onda Lissabon sazişinin qaydalarına əməl etmək lazımdır. Hökumət İsveçin də bu əksəriyyətə qoşulmasını tövsiyə edir», – İsveçin baş naziri Fredrik Raynfeldt deyib.

Yunkerin seçilməsinə qarşı çıxan Kemeron özünə tərəfdaş yığmaq üçün səsvermə keçirilməsinə çalışacaq. Aİ liderlərinin əksəriyyəti isə Yunkerin vəzifəyə təyin olunmasına iddialıdırlar. Səsvermə böyük ehtimalla 26-2 nəticə ilə Kemeronun əleyhinə olacaq. Kemeronu təkcə Macarıstanın baş naziri Viktor Orban dəstəkləyəcək. Birləşmiş Krallıqda çoxları onun Kemeronun yanında yer alan sağa meylli siyasətçi olduğunu düşünür. Bu, Britaniyanın Aİ-dən təcrid olmasına səbəb olacaq. Ölkənin Avropa İqtisadi Birliyinin yaranmasından 41 il sonra İttifaqdan ayrılmasına narahatlıq yaradacaq.

Qeyd edək ki, Birləşmiş Krallığın İttifaqdan çıxmaq fikrini müdafiə edən Müstəqillik Partiyası (UKİP) ötən ay Britaniyanın Avropa seçkilərində ən çox yerə sahib olub. Kemeronun mühafizəkarları isə üçüncü yerdə gəliblər. Aparılan sorğular göstərir ki, Britaniya ictimaiyyəti Kemeronun güzəştə getməməsini dəstəkləyir. Həmçinin özünü təcrid etməsinə baxmayaraq, Aİ-yə qarşı mübarizədə əzmkarlıq göstərdiyini hesab edirlər.

 





27.06.2014    çap et  çap et