Vaxt.az-ın məlumatına görə, kənd icra nümayəndəsi Valeh Rzayev «ANS Press»ə bildirib ki, Əlibəyli kəndinin evləri və həyətləri atəş altındadır. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb. Hamı təlaş içindədir.
Azərbaycan Ordusu isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib.
Kənd sakinlərindən xəsarət alan olmayıb.