- Con Kerrinin bəhs etdiyi sanksiya nə ola bilər?
- Amerika daha öncə Rusiyanın yüksək rütbəli şəxslərinə ölkəyə girişinə qadağa qoyub. Bu sanksiyalar Rusiyaya birinci xəbərdarlıq idi. İkinci mərhələdə isə Rusiyadan idxal edilən ərzaq məhsullarına məhdudiyyət qoyula bilər.
- Bir zamanlar Avropada Türkmənistan qazı mövzusu müzakirə edilirdi. Rusiyanın qazına qadağa qoya bilərlər?
- Xeyr, Türkmənistan qazının Avropaya ixracı üçün boru xətti mövcud deyil. Azərbaycanın da qaz ehtiyatı Rusiya ilə müqayisədə çox azdır. Buna görə də Avropanın böyük əksəriyyətinin demək olar ki, Rusiya qazına ehtiyacı var. Buna görə də onlar sanksiyalarını qaza tətbiq etməyəcəklər.
- Sanksiyaların genişlənməsi Qərbə əks təsir göstərəcək?
- Demək olar ki, sanksiyaların genişləndirilməsi onların özləri üçün təhlükəli olacaq. Təsadüfi deyil ki, Amerikanın və Avropanın bir çox biznes təşkilatları, ticarət palataları siyasi hakimiyyətə müraciət edərək bildiriblər ki, axmaqlıq etməyin. Çünki sanksiyaların genişləndirilməsi bizim şirkətlərin fəaliyyəti üçün zərərlidir. Onlar da bunu nəzərə almasalar, özləri də itirəcəklər. Mən düşünmürəm ki, hansısa böyük sanksiya tətbiq ediləcək.
- Con Kerri Lavrovla telefon danışığı zamanı İŞİD-ə qarşı mübarizə aparacaqlarından da danışıb. Bu barədə nə düşünürsüz?
- İŞİD Amerikanın öz layihəsidir. İŞİD-in fəalları İordaniyada Amerika təlimatçılarının rəhbərliyi altında hərbi hazırlıq keçiriblər. Amerikanın pulları hesabına silahlanıblar. »Taliban» kimi İŞİD-i də Amerika maliyyələşdirib. Onlar özləri yaradırlar, sonra da yaratdıqlarına qarşı mübarizə aparırlar. Arada isə amerikalıların pulları xərclənir.
- Ərəb ölkələrinin də müsəlmanları qırılır.
- Onlar da ağıllansınlar da artıq. Nə qədər parçalanmaq olar. Sünni, şiə, nurçu və s. Neçə yerə bölünüblər. Ərəb ölkələrinin əhalisinin savadsızlığından istifadə edirlər.