O, ABŞ və Səudiyyə Ərəbistanından Əsəd qüvvələri və «İraq Şam İslam Dövləti» (İŞİD) terrorçuları ilə mübarizə üçün yardım göstərmələrini istəyib.
Con Kerri Yaxın Şərqə Suriya və İraqda təhlükə yaradan yaraqlılarla mübarizədə regional liderlərin rolunun artırılması məqsədi ilə səfər edib.
Ağ Ev Suriyanın rəqib qüvvələrinin təlimlərinə 500 milyon dollar ayrıldığını bəyan edib.
Eyni zamanda Human Rights Watch bildirir ki, foto-şəkillərin təhqiqi İŞİD ekstremistlərinin Tıkrıtda kütləvi qırğınlar törətdiyini təsdiq edir. Ekstremistlər iyun ayının 11-i və 14-ü iki müxtəlif yerdə 160-la 190 nəfər arasında insanı qətlə yetirib.