Bakıda mənşəyi məlum olmayan külli miqdarda ət aşkar edilib.Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 26-da Müşfiqabad qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus ət tədarükü məntəqəsinin 2 soyuducu kamerasında və 3 saxlanc yerində mənşəyi məlum olmayan və istifadəyə yararsız 6 tondan artıq ət aşkar olunub.
çap et