Vaxt.Az

«Davudoğlunun bəyanatı çox gecikib»


 

Fərhad Mehdiyev: «BMT məsələsi də sadəcə boş hekayədir»

«Davudoğlunun bəyanatı çox gecikib» Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib ki, Türkiyə böyük təhlükə qarşısındadır. Bunun səbəbi isə BMT Təhlükəsizlik Şurasının Suriya və İraqda acınacaqlı vəziyyətə vaxtında müdaxilə etməməkdir. Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən politoloq Fərhad Mehdiyev bildirib ki, Davudoğlu gecikmiş addım atıb:


«Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu kifayət qədər gecikmiş bir bəyanatdır. İŞİD-in Türkiyə üçün təhlükə olduğu zatən bəri başdan bəlli idi. İŞİD-in İraq Kürdistanını daha da gücləndirəcəyi, onun neftinin dünyaya çıxarılması planına xidmət etdiyini də anlamaq mümkündür. AKP hökumətinin bunu vaxtında başa düşmədiyini düşünmək sadəlövhlük olar. Onlar bunu çox gözəl bilirdilər. Davudoğlunun bu fikirləri  də, məsuliyyəti öz üzərilərindən atmağa hesablanmış bir bəyanatdır. BMT məsələsi də sadəcə boş hekayədir. Rusiya olduğu yerdə BMT Suriya barəsində qərar verə bilməz».

Xatırladaq ki, iyunun 10-da «İraq Şam İslam Dövləti» (İŞİD) adlanan terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə İŞİD yaraqlıları İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər. İŞİD-in hücum edəcəyi ölkələrlə bağlı yaydığı xəritədə Türkiyənin də adı çəkilib.

 





28.06.2014    çap et  çap et