Vaxt.Az

Ermənilərin «qara siyahı» fırıldağı


 

«Onların necə təqdim etməsindən asılı olmayaraq, biz öz araşdırmalarımızı aparırıq»

Ermənilərin «qara siyahı» fırıldağı «Ermənilər bir çox hallarda «qara siyahı»da mövcud olan şəxsləri, ilk dəfə səfər edənlər kimi, təqdim edirlər». Bunu Aktual.az-a Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, ermənilərin «qara siyahı» fırıldağını şərh edərkən deyib.


Onun sözlərinə görə, bir çox hallar olub ki, həmin şəxslər «qara siyahı»dadırlar, amma ermənilər təbliğat maşını vasitəsi ilə onları, hansısa, sensasiyalı xəbər kimi təqdim ediblər:

«Amma, halbuki, həmin şəxslərin ermənilərə çalışdığı və ermənilərin vəsaitləri ilə özlərinə karyera qurduqları yenilik deyil. Bu artıq mövcud faktdır. Ona görə də erməni tərəfi son zamanlar arzuolunmaz şəxslərin siyahısının ictimailəşdirilməsindən, bunun ətrafında aparılan məlumatlandırılma kampaniyasından, nəticədə, bu səfərlərin xeyli azalmasından çox narahatdır. Elə ona görə də, səfərləri artıq həyata keçirmiş şəxsləri bir daha ilk səfər etmiş kimi təqdim edirlər. Bu da çox cılız bir yanaşmadır. Bu faktlar da bizdə mövcuddur. Yenə deyirəm, ermənilərin necə təqdim etməsindən asılı olmayaraq, biz öz araşdırmalarımızı aparırıq».

 





28.06.2014    çap et  çap et