Vaxt.Az

Azərbaycandan Ermənistana raket zərbəsi


 

Movses kəndi ordumuzun cavab atəşinin gücünü hiss edib

Azərbaycandan Ermənistana raket zərbəsi Tovuz rayonunun Ermənistanla sərhəd Əlibəyli kəndinin düşmən qüvvələri tərəfindən şiddətli atəşə tutulmasına cavab olaraq Azərbaycan ordusu ötən gecə ermənilərin mövqelərinə güclü zərbələr endirib.


Virtualaz.org saytı xəbər verir ki, erməni tərəfinin yaydığı məlumatlar da Azərbaycan ordusunun cavab atəşlərinin kifayət qədər intensiv və güclü olduğunu təsdiqləyir.

Ermənistanın Azərbaycanla həmsərhəd Ayqepar kəndinin rəhbəri Andranik Aydınyan «A1+» telekanalına açıqlamasında bildirib ki, iyunun 27-də axşam saat 22:30-da Azərbaycan ordusunun mövqelərindən kəndə tərəf yaşıl rəngdə raket buraxılıb.

«Yaşıl rəngdə raket buraxdılar ki, kənd işıqlansın. Ardınca iriçaplı silahlardan saat 01:30-a qədər aramsız atəş açdılar» - deyə Aydınyan bildirib.

A.Aydınyan deyib ki, atəş nəticəsində kəndin qaz kəməri zədələnib, evlərə xəsarət dəyib. Evlərdən birinin həyətində yanğın başlayıb və onu çətinliklə söndürmək mümkün olub.

Ermənistanın Azərbaycanla sərhəd Movses kəndi də Azərbaycan ordusunun cavab atəşlərinin gücünü hiss edib. Kəndin rəhbəri Arara Avalyan gecə kəndin intensiv atəşə tutulduğun, evlərin şüşələrinin və qapılarının zədələndiyini, bir evdə yanğın olduğunu deyib.

ANS telekanalı isə xəbər verib ki, Ermənistan ordusunun mövqelərindən dünən axşam saat 23:00 radələrindən başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi yenidən güclü atəşə tutulub.

Kənd icra nümayəndəsi Valeh Rzayevin ANS-ə verdiyi məlumata görə, Əlibəyli kəndinin evləri və həyətləri atəş altındadır. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb. Hamı təlaş içindədir.

Ordumuz isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib. Kənd sakinlərindən xəsarət alan olmayıb.

Xatırladaq ki, son bir neçə gün ərzində ermənilər Tovuz rayonunun Əlibəyli kəndinin dörd dinc sakinini, o cümlədən bir azyaşlı uşağı yaralayıblar. Qazax rayonunda isə ordumuzun leytenantı erməni gülləsindən yaralanıb.

 





28.06.2014    çap et  çap et