PKK lideri Abdulla Öcalan (Apo)PKK tərəfindən qaçırılan 134 uşağın geri qaytarılması barədə göstəriş verib.
ANS PRESS-in məlumatına görə, Öcalan bu göstərişi İmralıya onun ziyarətinə gələn Xalqların Demokratik Partiyasının (HDP) nümayəndə heyəti vasitəsilə PKK-çılara çatdırıb.
PKK-çıların qaçırdığı 134 uşağın bu həftə valideynlərinə təhvil veriləcəyi gözlənilir.
Abdulla Öcalanın bu addımı Türkiyə hökumətinin «çözüm sürəci»nə (Kürd probleminin həlli prosesi) dəstək olaraq atdığı bildirilir.
çap et