Bu həftə TAP Aİ-nin rəsmi mətbuat orqanı – «EU Gazette» vasitəsi ilə dördüncü müqavilə bildirişini yayımladı.
İki kompressor stansiyasında quraşdırılması məqsədi ilə 6 turbo kompressorun alınması nəzərdə tutulub. Turbo kompressorlardan 3-ü Albaniyanın Fiyer, 3-ü isə Yunanıstanın Kipoi məntəqələrində quraşdırılacaq.
Bu müqavilə üçün elan olunmuş tenderə qoşulmaq üçün maraqlı şirkətlər 14.07.2014 tarixindən gec olmayaraq, TAP-a müraciət etməlidirlər.
«Təchizat müqaviləsi»nə istehsal, çatdırılma, mühəndislik, quraşdırılma və turbo kompressorların istismarqabağı yoxlanışı daxildir. Potensial təchizatçılar öz avadanlıq və qurğularının bu kimi müqavilələrdə uğur qazandığını sübut etməlidirlər.
Kompressor stansiyaları beynəlxalq ətraf mühit və əməyin təhlükəsizliyi standartlarına əsasən, yaşayış yerlərindən əhəmiyyətli dərəcədə uzaqlıqda və təbiətə minimum səviyyədə ziyan vermək ehtimalı ilə inşa ediləcək. TAP artıq Ətraf Mühit və Sosial Sahələrə təsirin qiymətləndirilməsi ilə bağlı ölçülər toplusu hazırlamışdır.
Sözügedən «Təchizat müqaviləsi» Albaniyada yollar və körpülərin tikilişi, Yunanıstan və Albaniyanın quru ərazisində boru kəmərlərinin çəkilməsi və Yunanıstan və Albaniyada qaz kompressor stansiyalarının tikilişindən sonra hazırlanan növbəti müqavilə bildirişidir.
TAP tərəfindən növbəti müqavilə bildirişi gələcək 3 ay ərzində elan ediləcək. Bu bildirişin tərkibinə böyük diametrli bağlayıcılar və quru ərazilərdə poladdan boru xətlərinin çəkilişi daxildir.
Trans - Adriatik Boru kəməri (TAP) haqqında
TAP «Şahdəniz» yatağının 2-ci fazasından Azərbaycandan Avropaya təbii qazın nəqli üçün inşa edilməsi nəzərdə tutulan 870 km-lik boru xəttidir. TANAP boru kəmərinin davamı olaraq, Turk-Yunan sərhədinin Kipoi məntəsindən başlayaraq, Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca uzanan TAP boru kəməri sonunda İtaliyanın cənub sərhədlərinə çatacaq.
TAP boru kəməri öz marşrutu boyunca iqtisadi inkişaf və iş yerlərinin yaradılmasını təşviq edəcək. Bu layihə heç bir qrant və ya subsidiyalardan asılı olmayan və birbaşa xarici investisiyaların hesabına maliyyələşən layihədir. Qazın ilkin satışı 2018-ci ildə Gürcüstan və Türkiyəyə nəzərdə tutulub və bu prosesdən bir il sonra təbii qazın Avropaya satışı mümkün olacaq.
TAP səhmdarları BP (20 faiz), ARDNŞ (20 faiz), Statoil (20 faiz), Fluxys (16 faiz), Total (10 faiz), E.ON (9 faiz) və Axpo (5 faiz) ibarətdir.