Bu mədəndə sonuncu dəfə 2013-ü ildə tapılan 25.5 karatlıq belə bir almaz o zamanın ən fantastik qiymətinə 16.9 milyon dollara satılmışdı. 2008-ci ildə tapılan ve «Yusifin ulduzu» adı verilən bir başqa biri isə 9.49 milyon dolara satılmışdı. «Petra Diamonds»a məxsus Cənubi Afrikada yerləşən «Cullinan» və həmin qitənin başqa bir ölkəsi Tanzaniyadakı «Villiamson» mədənlərindən çıxarılan qiymətli daşlar İngiltərənin paytaxtı Londonda yerləşən və Britaniyanın kral ailəsinin yaşadığı Bukinhem Sarayında (Buckingham) saxlanılır. Bu almazlar dünyanın ən nadir və qiymətli daşları hesab olunur.