Vaxt.Az

AMEA-da seçkilər


 

Akademiya yeni institut açmağı düşünür

AMEA-da seçkilər Bu gün AMEA üzvlüyünə seçkilər üzrə ümumi yığıncaq keçirilir. APA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, AMEA prezidenti Akif Əlizadə və digər alimlər iştirak edir.


Tədbirin gündəliyinə AMEA-nın yeni Nizamnaməsinin layihəsi haqqında, “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” haqqında, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında, AMEA-nın Dünya Siyasəti İnstitutunun yaradılması haqqında müzakirələr aparılacaq. Bundan əlavə, iclasda AMEA-nın üzvlüyünə seçkilər keçiriləcək.

Tədbirin açılışında çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bu yığıncağının keçirilməsini yüksək qiymətləndirib.

Hazırda AMEA üzvlüyünə seçkilər üzrə ümumi yığıncaq davam edir.

 





30.06.2014    çap et  çap et