Vaxt.Az

Ramazan reydləri


 

İranda oruc tutmayanlara qarşı əməliyyat keçirilir

Ramazan reydləri İyunun 29-dan Tehran polisi paytaxt küçələrində, yeməkxanalarda, avtomobillərdə və digər ictimai yerlərdə oruc tutmayanlara qarşı əməliyyat tədbirlərinə başlayıb.


Tehran hüquq mühafizə qüvvələrinin əməkdaşları Ramazan ayının 1-ci günündə paytaxtda reydlər keçirərək küçələrdə, parklarda yemək yeyən, avtomobillərin içində siqaret çəkən yüzlərlə vətəndaşı saxlayaraq onlara xəbərdarlıq edib, bəzilərini isə polis bölmələrinə aparıblar.

Polis qüvvələri həmçinin hazır yeməklər satan yüzlərlə «fast food» mağazalarına baxış keçirərək müştərilərə sendviç və digər hazır yeməklər satan mağazaların sahiblərini cərimələyib, bəzilərinin isə fəaliyyətinə qadağa qoyublar.

Polisin paytaxt küçələrindəki əməliyyatının Ramazan ayının sonuna qədər davam etdiriləcəyi bildirilib.

 





30.06.2014    çap et  çap et