ANS PRESS-in məlumatına görə, bəzi deputatlar etiraz edərək məruzəçilərə yaxınlaşıblar. Onlar qanundakı 43-cü dəyişikliyin edilməsinə qarşı çıxıblar. Bu dəyişiklikdə Avropanın sərhədlərinə kənar müdaxilələrin mümkünsüzlüyü öz əksini tapıb.
Ukrayna nümayəndələri isə müzakirələr zamanı Rusiyanı ittiham edib. Onlar bildiriblər ki, Rusiya Avropanın Şərq ərazilərinə hücum edirlər.
Qeyd edək ki, sonda şifahi səsvermə keçirilib və qanun qəbul edilib.