Axund əlavə edib ki, Ramazan ayı rəhmət ayı olduğuna görə, ANS-də də azanın verilməsi təmin olunacağına ümid etdiyini qeyd edib.
Məsələ ilə bağlı ANS-in də mövqeyini öyrənmək istədik. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Məmmədov vitse-prezident Mirşahin Ağayevə müraciət etməyimizi məsləhət bilib: «Mən məzuniyyətdəyəm. Olanlarla bağlı məlumatsızam. Bilmirəm, kim kimə qadağa qoyub. Mirşahin müəllimə zəng edin, o, sizə ətraflı cavab verər». Mirşahin Ağayev isə ona ünvanladığımız sualı eşidən kimi telefonun dəstəyini asdı.
Xatırladaq ki, Aktual.az-ın məlumatına görə, ANS televiziyası bu il ramazan ayında azanın yayımlamaqdan imtina edib. Xəbərdə bildirilib ki, azanın yayımlanmasına hökumət tərəfindən qadağa qoyulub. Hətta efirə azan veriləcəyi təqdirdə ANS kanalının bağlanacağı haqda da xəbərdarlıq edilib.