Vaxt.Az

HƏM qalib oldu


 

Mərkəz 70 layihəni geridə qoyub

HƏM qalib oldu Heydər Əliyev Mərkəzi (HƏM) London Dizayn Muzeyi tərəfindən ilin ən yaxşı dizaynlı muzeyi adına layiq görülüb.

ANS PRESS-in məlumatına görə, bu dalğavarı incəsənət kompleksi 70 memarlıq layihəsini geridə qoyaraq qalib adını qazanıb. Mükafat Heydər Əliyev Mərkəzinin binasının layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadidə təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi sərgilər, konsertlər və digər mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.

Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

 





01.07.2014    çap et  çap et