Ə.Kərimlinin avropalı deputatlarla görüşü otelin foyesində mühafizə xidmətinin əməkdaşları tərəfindən yarımçıq kəsilib. AXCP sədrindən oteli dərhal tərk etmək tələb olunub. Buna görə də görüş paytaxtdakı kafelərin birində davam etdirilib.
Ə.Kərimli öz «facebook» səhifəsində yazıb ki, otelə onunla görüşmək istəyən avropalı deputatların bir qrupunun xahişi ilə gedibmiş.
Qeyd edək ki, bundan əvvəl də Leyla Yunus ATƏT PA-nın tədbirinə buraxılmamışdı.
Qaydaya görə, ATƏT təmsilçilərinin təhlükəsizliyinin təminatına bu qurumun tədbirlərinin keçirildiyi ölkənin təhlükəsizlik xidməti cavabdehdir və hamı onun tələblərinə tabe olmalıdır.