Vaxt.Az
«Elə küçədə, maşının üstündə...»
Camaat bələdiyyə sədrinə qarşı
Qobustan rayon sakinləri torpaqlarının bələdiyyə tərəfindən satılmasına etiraz edirlər. Sakinlərin Milli.Az-a yazdıqları şikayət məktubunda deyilir ki, Qobustan bələdiyyəsinin sədri Vasif Novruzov saxta sənədlərlə torpaqları camaata satır: «Heç bələdiyyəyə də gəlmir. Möhürü maşınında saxlayır, elə küçədə, maşının üstündə saxta sənədləri möhürləyib verir camaata. Satılan torpaqlar camaatın əkin sahələridir. Torpaqlar saxta sənədlə satılsa da, təyinatı dəyişdirilmir. Bu vaxta qədər on min yer satılıb, amma heç birinin sənədi yoxdur. Yazıq insanlar qalıb məhkəmələrdə».
Haqqında yazılan ittihamlara cavab verən
bələdiyyə sədri Vasif Novruzov Milli.Az-a açıqlamasında bildirdi ki, camaat
özləri bir neçə il əvvəl torpaqlarını satıblar. Sədrin sözlərinə görə, xüsusi mülkiyyətin
torpağını satmaq səlahiyyəti yoxdur: «Deyilənlər yalandır. Xüsusi mülkiyyətin
torpağını necə sata bilərəm? Heç bələdiyyənin torpağını alan yoxdur. Alan olsa,
öz torpağımı sataram də. Kiminsə yəqin xoşuna gəlməmişəm deyə məndən şikayət
yazıb sizə. Amma qobustanlıyam, camaat məni çox istəyir».
01.07.2014 çap et