Vaxt.Az

Ermənilər Ağdamdan qaçır


 

Atəşkəsi pozması işğalçının öz başında çatlayır

Ermənilər Ağdamdan qaçır Ermənilər arasında təşviş yaranıb. 20 ildən artıqdır düşmənlə üz-üzə yaşayan Ağdam rayonunun Orta Qərvənd kəndinin sakinləri deyirlər ki, son günlər cəbhə xətti boyunca fəallaşan ermənilərə Azərbaycan Ordusunun cavabı gecikmir.


ANS PRESS-in El TV-yə istinadən məlumatına görə, sakinlər bildirirlər ki, vaxtilə kəndi tərk edən vətəndaşlar da artıq ordumuzun gücünə arxalanaraq geri dönürlər. 

Ordumuzun düşmənə tutarlı cavablar verməsi və əsgərlərimizdə döyüş əhval ruhiyyəsinin yüksək olması isə ermənilər arasında qorxu yaradıb. 

Sakinlərin dediklərinə görə, bir neçə gündür işğal altındakı Azərbaycan torpaqlarında yaşayan ermənilərin bu ərazilərdəki təsərrüfatları köçürdükləri də müşahidə olunur.

 





01.07.2014    çap et  çap et