«İyulun 1-də saat 15:00 radələrində Tavuş vilayətinin Ayqepar kəndi istiqamətində Azərbaycan ordusunun əsgərləri erməni ordusunun döyüş postlarından birini mühasirəyə alaraq ələ keçirməyə cəhd edib. Lakin Azərbaycan tərəfinin bu cəhdinin qarşısı alınıb. Ermənistan ordusu heç bir itki verməyib» - deyə Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsryun Ovannisyan erməni mətbuatına açıqlamasında bildirib.
Qeyd edək ki, son həftələr ərzində erməni ordusu Azərbaycanın yaşayış məntəqələrini və dinc sakinləri, o cümlədən Naxçıvanı intensiv şəkildə atəşə tutur.
Həmçinin erməni nəşrlərinin yaydığı məlumata görə, erməni hərbçiləri Ermənistan-Naxçıvan sərhədindəki neytral dağlıq zonada bəzi yüksəklikləri ələ keçirib.