Vaxt.Az

Putin hədələdi


 

«Gücə söykənən imkanlarımızdan faydalanacağıq»

Putin hədələdi «Harada rus soydaşımız varsa, sonuna qədər arxasında olacağıq. Bunun üçün diplomatik və iqtisadi yollarla yanaşı, müdafiə olunmaq hüququmuzdan da istifadə edəcəyik».


Axar.az xəbər verir ki, bu sözləri Ukrayna ordusunun bu gün Slavyansk ətrafında apardığı əməliyyatla bağlı Vladimir Putin açıqlamasında bildirib.

Moskvada Xarici İşlər Nazirliyində diplomatlarla görüş keçirən Putin Ukraynada yaşananlara münasibət bildirib:

«Ukraynada yaşananlar son illərdə bütün dünya səviyyəsində nəzərə çarpan mənfi gedişatın nəticələrindən biridir. Rusiya dövləti bu vəziyyətdə öz milli maraqlarını qoruyacaq, sərhədlərimizdən kənarda yaşayan rus soydaşlarımızın da arxasında olacaq. Bundan kiminsə şübhəsi olmasın. Onların hüquqlarını müdafiə etmək üçün ilk öncə diplomatik, sonra iqtisadi yollar və nəhayət gücə söykənən müdafiə olunmaq imkanlarımızdan da faydalanacağıq».

Putin Ukrayna prezidenti Petro Poroşenkonun atəşkəs müddətini uzatmaqdan imtina etməsinə də reaksiya verib:

«Ukrayna prezidenti Poroşenko atəşkəs müddətini uzatmaqdan imtina etməklə bütün məsuliyyəti öz üzərinə götürmüş olur. Poroşenko dünənə qədər Ukraynada vətəndaş müharibəsinə səbəb olmamışdı. Ancaq sülh yolundan imtina etməklə, töküləcək qanın məsuliyyətini daşıyacaq. Poroşenko yalnız savaşa deyil, siyasi nəticələrə da dözməli olacaq».

 





01.07.2014    çap et  çap et