Vaxt.Az
Xolesterinin yüksək olması irsiymiş
Səviyyəni azaltmaq üçün dərman yetərli deyil
ABŞ alimləri müəyyən ediblər ki, xolesterinin səviyyəsinin yüksək olması irsi problemdir. Artıq çəkiyə meyllilik yeni səviyyəyə keçir və getdikcə daha qorxulu miqyas almaqdadır. Uşağın qanında xolesterinin səviyyəsinin yüksək olması ürək-damar sisteminin qocalmasını sürətləndirir. Bu da erkən stenokardiya, infarkt, çox böyük piylənmə riski, xolesterinin damarların divarlarına yığılmasına gətirib çıxarır. Nəticədə ömür qısalır.
Qeyd edək ki, xolesterinin səviyyəsini
azaltmaq üçün təkcə dərman terapiyası yetərli deyildir. Qidalanmaya düzgün
yanaşmaq, orqanizmi yükləməmək, müalicə edən həkimlə daim məsləhətləşmək
lazımdır. Alimlər sağlam olmaq üçün çoxlu təzə meyvə yeməyi, yağlı yeməklərdən
uzaq olmağı məsləhət görürlər (AzərTAc).
02.07.2014 çap et