Vaxt.Az

«Poroşenkonu inandıra bilmədik»


 

«O, bütün məsuliyyəti öz üzərinə götürdü»

«Poroşenkonu inandıra bilmədik» «Ukraynanın yeni lideri Petro Poroşenko hərəkətləri ilə ölkədə hərbi əməliyyatların yenidən başlaması məsuliyyətini öz üzərinə götürdü».


Bu sözləri Rusiya prezidenti deyib. Rus liderin sözlərinə görə, Poroşenkonun bu vaxta qədər hərbi əməliyyatlara başlamaq haqqında verilən əmrlər ilə heç bir əlaqəsi olmayıb. Vladimir Putin diplomatlarla görüşündə belə deyib:

«Təəssüf ki, prezident Poroşenko hərbi əməliyyatlara yenidən başlamaq qərarına gəlib. Biz onu etibarlı, davamlı, sabit sülhün müharibə yolu ilə alınmayacağına inandıra bilmədik».

Xatırladaq ki, aprelin ortalarında hərbi əməliyyatlara başlamaq haqqında qərar Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinovun sərəncamı ilə qəbul edilib.

 





02.07.2014    çap et  çap et