Vaxt.Az

2014-2020-nin yeni birliyi - «Horizon-2020»


 

Artıq 10 ölkə bu proqrama qoşulmuş oldu

2014-2020-nin yeni birliyi - «Horizon-2020» 5 Qərbi Balkan ölkəsi (Albaniya, Bosniya və Hersoqovina, sabiq Yuqoslaviya Respublikası olan Makedoniya, Çernoqoriya, Serbiya) və Moldova bu gün Avropa İttifaqının (Aİ) yeni 7 illik «Horizon-2020» elmi-tədqiqat və innovasiya proqramını imzalayıb. 6 ölkə Assosiasiya Müqavilələrini Brüsseldə Avropa Komissiyasının elmi-tədqiqat və innovasiya proqramları üzrə baş direktoru Robert-Jan Smit ilə birlikdə imzalayıb. Həmin ölkələrin hər biri «FP7» (Aİ-nin elmi-tədqiqat və qabaqcıl texnologiyaların inkişafı üzrə 7-ci struktur proqramı) vasitəsilə Aİ ilə elmi-tədqiqat və innovasiya üzrə əməkdaşlıq təcrübəsinə malikdir. Qeyd olunan ölkələr həmin təcrübə əsasında «Horizon-2020» proqramına qoşulublar.


Aİ-nin elmi-tədqiqat, innovasiya və elm məsələləri üzrə komissarı Mare Gegin-Kuin (Máire Geoghegan-Quinn): «Bu gün imzalanmış müqavilələr Aİ-nin və həmin ölkələrin xeyrinədir. Elmi-tədqiqat və innovasiya üzrə əməkdaşlığın artırılması inkişaf, rəqabətə davamlılıq və iş yerlərinin yaradılması baxımından yeni imkanlar yaradacaq. Assosiasiya «Horizon -2020» proqramında qabaqcıl alimlərin yerdəyişməsini asanlaşdıracaq. Milli elmi-tədqiqat sistemlərini gücləndirəcək və ölkələrin «Avropa Elmi-tədqiqat Zonası»na inteqrasiyasına kömək edəcək».

6 ölkə üzrə tədqiqatçılar, şirkətlər və tədqiqat üzrə digər əməkdaşlar indiyədək Aİ-nin tədqiqat layihələri və şəbəkələrində uğurla iştirak ediblər. Bu ölkələrin proqrama eyni vaxtda qoşulması regional əməkdaşlığı artıracaq. «Horizon-2020» proqramından maksimum yararlanmaq üçün bu ölkələr «FP7» təcrübələrindən istifadə etməli, milli elmi-tədqiqat və innovasiya imkanlarını artırmalıdırlar. Xırda və orta müəssisələrin iştirakı hələlik məhdud olsa da, tədqiqat və innovasiya proqramında iştirak edən kiçik müəssisələrin sayı getdikcə artır. Bu isə «Horizon-2020» proqramında uğurlu iştirakın başqa bir nümunəsidir. Proqramda laboratoriyadan tutmuş bazara kimi diqqət bütün innovasiya tədbirlərinə yönəlib.

Assosiasiya müqavilələri 2014-cü ilin yanvar ayının 1-dən «retroaktiv» şəkildə qüvvəyə minəcək. 5 Qərbi Balkan ölkəsinin və Moldovanın tədqiqat və innovasiya qurumları dərhal «Horizon-2020» proqramının maliyyələşmə imkanlarından istifadə edə biləcəklər. «Horizon-2020» proqramı 2014-2020-ci illəri əhatə edəcək.

Qeyd edək ki, bugünkü imzalama mərasimindən sonra artıq 10 ölkə «Horizon-2020» proqramına qoşulmuş oldu.

Qısa arayış

Müqavilələri altı ölkə üzrə aşağıdakı nümayəndələr imzalayıblar:

Albaniya: Təhsil, Mədəniyyət və İdman naziri, Lindita NİKOLLA

Bosniya və Herseqovina: Aİ səfiri və Aİ-nin Bosniya və Herseqovina missiyasının rəhbəri H.E. İqor DAVİDOVİÇ

Makedoniya (sabiq Yuqoslav Respublikası): Təhsil və Elm naziri, Abdilaqim ADEMİ

Çernoqoriya: Təhsil naziri, professor Sanja VLAXOVİÇ

Serbiya: Təhsil, Elm və Texnologiyalar naziri, elmlər doktoru Srdjan VERBİÇ

Moldova: Moldova Milli Elmlər Akademiyasının prezidenti, Georgi DUKA

 

Yuxarıda qeyd olunan ölkələrin Aİ-nin elmi-tədqiqat və qabaqcıl texnologiyaların inkişafı üzrə 7-ci struktur proqramda (FP7) iştirakı:


Ölkələr

İştirak etdiyi layihələrin sayı

Aİ-dən maliyyələşmə (milyon avro ilə)

Albaniya

35

2,4

Bosniya və Herseqovina

45

3,1

Sabiq Yuqoslav Respublikası, Makedoniya

105

11,5

Çernoqoriya

52

4,2

Serbiya

307

53,9

Moldova

55

3,9

 





02.07.2014    çap et  çap et