Onun sözlərinə görə, bu zala şəxslərin buraxılması, onların qeydə alınması və iştirakının təsdiq edilməsinin müvafiq prosedur qaydaları var və Azərbaycan da bu qaydaların hər bəndinə əməl edib: «Adıçəkilən şəxsin bura daxil olmamasının səbəbi Azərbaycan hökuməti deyil, ATƏT Parlament Assambleyası və onun daxili qaydalarıdır. Həmin şəxs vaxtında qeydə alınmış olsaydı, bu gün bu sessiyada iştirak edə bilərdi. Gördüyünüz kimi, burada çoxlu sayda mətbuat təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və müxalif mövqeləri ilə seçilən şəxslər iştirak edirlər. Onlar prosedur qaydalarına əməl etdiklərinə görə bura buraxılıblar və Azərbaycan hökuməti onlar üçün hər cür şərait yaradıb».
Qeyd edək ki, danimarkalı deputat Karsten Lauritzenin AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmamasında Azərbaycan hökumətini ittiham edib.