«ABŞ-ın dünya arenasında hegemonluğunun sonu çatıb». ANS PRESS-in məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yevqeni Lukyanov deyib.O, bildirib ki, rəsmi Vaşinqton ABŞ-ın hegemonluğunun son çatdığını qəbul etməli və Rusiya ilə hesablaşmalıdır.
Yevqeni Lukyanovun sözlərinə görə, qlobal məsələlərin həllində «açar» rolunu oynayan ölkələrin konqresi olmalıdır.
«Rusiya artıq ayağa qalxıb. Dünyada yeni güc mərkəzləri yaranıb», deyə Yevqeni Lukyanov bildirib.
çap et