«Dövlət sifarişi ilə çəkilən filmlərdə də mənə rol verilmir». Bunu AzNews.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.R. Balayev bildirib ki, hazırda işsizdir və bu vəziyyətdən çox narahatdır: «Yaxşı olar ki, buna Mədəniyyət və Turizm Nazirliyindən cavab versinlər. Niyə mənə iş yoxdur? Gözlədim, amma filmə çəkilmək üçün dəvət gəlmədi».
R. Balayev ona şifahi dəvət gəldiyini də inkar etməyib: «Teleseriallardan dəvət olunur. Amma ssenarini bəyənmədiyimdən çəkiliş üçün razılıq vermədim. Yəni xoşuma gəlmədi».
çap et