Rusiyalı partiya sədri G.Züqanov daha sonra bildirib ki, o, Azərbaycanın ərazi bütövlüyünü keçmiş SSRİ-də olan sərhədlərlə tanıyır və qəbul edir: «Mən Azərbaycanda səfərdə olanda, bu ölkənin necə tez dəyişməsinin və inkişaf etməsinin şahidi olmuşam. Bakı çox gözəl və müasir şəhərə çevrilib. Azərbaycanla bağlı mənim xatirələrim çoxdur. Hətta, mənim atam Böyük Vətən müharibəsi dövründə döyüşdə yaralanmış və Bakıda müalicə olunmuşdu. Bakıda müalicə alıb sağaldıqdan sonra isə atam yenidən müharibəyə yollanmışdı. Bu baxımdan da Bakı mənim üçün yaddaqalan şəhərdir».