Vaxt.Az

«Qara çörəyə kofe qatmırlar»


 

Komitə sözçüsü: «Qiyməti bazar tənzimləyir»

«Qara çörəyə kofe qatmırlar» «Komitəyə indiyə qədər qara çörələrlə bağlı hər hansı şikayət daxil olmayıb». BunuModern.az-a Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qara çörəklərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirərkən deyib.


Marketlərdə aparılan müşahidələr onu deməyə əsas verir ki, xaicdən gətirilən qara çörəklərin saxlanma müddəti yerli istehsal olan qara çörəklərin saxlanma müddətindən çoxdur. Komitə rəsmisi bu məsələyə də aydınlıq gətirib: «Bu, texnologiya ilə bağlıdır. Yəni texnologiya imkan verir ki, həmin çörəklərin tərkibinə müxtəlif qatqılar əlavə etməklə saxlanma müddəti artırılsın. Xaricdən gətirilən qara çörəklər alman texnologiyası əsasında hazırlandığından onların saxlanma müddəti çoxdur».

«İdxal olunan qara çörəklər yerli istehsal olan çörəklərdən niyə bahadır» sualına cavab olaraq F.Talıblı bildirib ki, qiyməti bazar tənzimləyir və bu komitənin səlahiyyətində olan bir şey deyil.

Zaman-zaman  insanlar arasında belə fikirlər yaranır ki, qara çörəyin tərkibinə kofe qataraq o rəngi əldə edirlər. Komitə rəsmisi bununla qətiyyən razılaşmır: «Bunlar hamısı fərziyyədir. Həmin çörəklərin tərkibinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilən qida əlavələri vurulur. Bunlardan başqa hər hansı bir qatqının ora qatılmasına yol verilmir. Əgər vətəndaşlar hansısa nöqsanla qarşılaşıblarsa, bizə müraciət edə bilərlər».

 





02.07.2014    çap et  çap et