Vaxt.Az

«Biz siyahı tərtib etmirik»


 

Partiyalardan «siyasi məhbus» etirazı

«Biz siyahı tərtib etmirik» Azərbaycanda müxtəlif qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri «siyasi məhbus» siyahısı hazırlayır. Demək olar ki, hüquq müdafiəçilərinin əksəriyyətinin hazırladığı siyahıda fərqliliklər olur. Maraqlıdır, hüquq müdafiəçiləri «siyasi məhbus» siyahısı hazırlayarkən üzvləri məhbus olan partiyalar müraciət edirlərmi?


Modern.az bu sualla aparıcı müxalifət partiyaları arasında sorğu aparıb. Maraqlıdır ki, «siyasi məhbus» məsələsində daim Azərbaycan iqtidarını tənqid edən AXCP-nin özünə siyahılar hazırlanarkən həbsdə nə qədər üzvünün olması ilə bağlı müraciətlər göndərilməyib. Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. «Bizim partiyaya elə bir sorğu göndərilməyib»

Müsavat Partiyası başqan müavini Gülağa Aslanlının isə cavabı belə olub: «Bizdə nəyin ki, həbsdə olan, hətta həbsdən azad olunan siyasi məhbusların adlarının sonradan siyahıya salınması praktikası yoxdur. Çünki, söhbət burada məhbusdan gedir. Bunun təbii ki, dəqiqləşdirilməsinə ehtiyac var. Hüquq müdafiə təşkilatlarına bunun ətrafında müzakirələr apararaq vahid bir siyahının hazırlanmasını məsləhət bilmişik. Biz burada hökm və ya qərar verə biləcək səlahiyyətə sahib deyilik».

AMİP-in baş katibi Arzuxan Əlizadə: «Xeyr bizə, bu məsələ ilə bağlı hər hansısa müraciət olunmayıb. Biz də mətbuatdan öyrənirik ki, belə bir siyahı hazırlanır». ADP sədri Sərdar Cəlaloğlu: «Onlar öz maraqlarına uyğun siyahı hazırlayırlar, ona görə də bizimlə məsləhətləşmirlər. Düzü ADP-dən həbsdə olan da yoxdur, amma ümumilikdə «siyasi məhbus» məsələsi ilə bağlı hüquq müdafiəçilərinin hərəkətləri bundan ibarətdir».

 





02.07.2014    çap et  çap et