«Bunun bizə birbaşa heç bir dəxli yoxdur, amma onların Fransa banklarının başına gətirdikləri Avropada və burada hiddət doğurur», - Putin xarici siyasətlə bağlı çıxışında səfirlərə bildirib.
Xatırladaq ki, iyunun 29-da ABŞ İran və Sudana qarşı 8 illik sanksiyanın tələblərini pozduğuna görə Fransanın ən böyük bankı olan «BNP Paribas»ı 8.9 milyard dollar məbləğində cərimələyib.
Bundan əlavə, Fransa Rusiya üçün 2 «Mistral» tipli hərbi gəminin inşasına görə 1,2 milyard avroluq müqavilə imzalayıb. ABŞ-ın etirazlarına baxmayaraq, Fransa həmin müqavilyə sadiq qalacağına söz verib.
«Biz amerikalıların «Mistral» tipli gəmilərin Rusiyaya göndərilməməsi üçün Fransaya təzyiq göstərdiyini bilirik. Bununla onlar demək istəyirlər ki, Rusiyaya «Mistral» gəmiləri göndərilməsə, banklara qarşı sanksiyalar tədricən aradan qaldırıla və ya minimuma endirilə bilər. Bu şantaj deyilsə, bəs onda nədir?», - Putin deyib.